Almaniya müşahidə qrupu bəyanat yaydı

Almaniya müşahidə qrupu bəyanat yaydı
  10 Oktyabr 2013    Oxunub:875
Almaniyanın Seçkiləri Müşahidə qrupu: Azərbaycan bu seçkilərlə beynəlxalq demokratik standartlara doğru növbəti addım atıb.
9 oktyabr - Azərbaycanda prezident seçkiləri ilə əlaqədar Almaniyanın Seçkiləri Müşahidə qrupu bəyanat verib.

AzVsison.az Trend-ə istinadən xəbər verir ki, Alman Müşahidə Qrupu 36 üzvdən ibarətdir. Bu üzvlərə Avropa Parlamentinin deputatları, Almaniya Bundestaqının, Bavariya parlamentinin üzvləri və sabiq parlamentarilər, Almaniya Federal hökumətinin və Bavariya əyaləti hökumətinin sabiq parlament üzvləri, eləcə də Almaniya mətbuatının və işçi təşkilatların üzvləri, hüquqşünaslar daxildir. Onların hamısı Azərbaycanın Mərkəzi Seçki Kommissiyası tərəfindən prezident seçkilərini müşahidə etmək üçün dəvət ediliblər.

Almaniya nümayəndə heyəti üzvlərinin əksəriyyəti digər ölkələrdə əvvəlki və oxşar seçki müşahidələrində iştirak ediblər. Bütün üzvlər bu şərəfli və məsuliyyətli missiyaya xüsusi və məlumat toplayaraq hazırlaşıblar.

Heyətin bütün üzvləri diqqətlərini 9 oktyabrda baş tutacaq seçki gününə yönəldiblər. Almaniya heyəti müşahidə etmək üçün seçki məntəqələrini tam sərbəst olaraq seçib və seçkiləri tam diqqətlə müşahidə ediblər.

Bəyanatda deyilir: "Namizədlər barədə qısa məlumat seçki bülletenlərində qeyd olunub. 8 namizəd müxtəlif siyasi partiyalar tərəfindən, bir namizəd seçki təşəbbüs qrupu tərəfindən irəli sürülüb, onlardan biri isə müstəqil namizəddir. Bütün seçki məntəqələrində heyət üzvləri seçkiləri çox diqqətlə müşahidə edib. Seçki məntəqəsində və ətrafında demokratik seçkilərin heç bir ciddi pozulması halları baş verməyib. Seçicilər şəxsiyyətlərini təsdiq edən sənədi təqdim etdikdən sonra bir neçə məntəqədə səsvermənin qarşısını almaq məqsədilə barmaqları mürəkkəblənib. Daha sonra seçicilər seçki bülletenlərini götürüb xüsusi seçki kabinələrinə daxil olur və heç bir müdaxilə olmadan sərbəst şəkildə səs verirdilər. Seçki bülletenləri şəffaf seçki qutularına atılırdı".

Qeyd olunur ki, yerli orqanların istənilən nümayəndələri və ya nəzarətçi geyimli şəxslər seçki məntəqələrinin ətrafında idilər. Heyət üzvləri nə elementar demokratik qaydalara qarşı, nə də ümumiyyətlə hər hansı zorakılıq müşahidə etməyiblər.

Almaniya nümayəndə heyətinin bütün üzvləri prezident seçkilərinin azad və sərbəst seçkilərin əsas və demokratik qaydalarına uyğun keçdiyinə əmindirlər.
Almaniya heyətinin fikrincə, seçkilər eyni zamanda dövlətin öz qanunlarına uyğun keçirilib: "Azərbaycan bu seçkilərlə beynəlxalq demokratik standartlara doğru növbəti addım atıb".


Teqlər:





Xəbər lenti