MSK: 3 720 643 seçici səs verib

MSK: 3 720 643 seçici səs verib
  10 Oktyabr 2013    Oxunub:1118
MSK seçici fəallığı ilə bağlı yekun nəticələri açıqlayıb.
Prezident seçkilərində seçici fəallığı ilə bağlı yekun nəticələrə görə, 3 720 643 seçici səs verib.

Mərkəzi Seçki Komissiyası (MSK) prezident seçkilərində seçici fəallığı ilə bağlı yekun nəticələri açıqlayıb. AzVsison.az Ans Press -ə istinadən xəbər verir ki, saat 19:00-a olan nəticəyə görə, 3 720 643 seçici səs verib. Bu da ümumi seçicilərin 72,31 faizidir. Ən aktiv seçki dairəsi 83.00%- səslə 1 saylı Şərur-Sədərək seçki dairəsidir.

Prezident seçkisində 10 namizəd mübarizə aparıb. Onlar Yeni Azərbaycan Partiyasından (YAP) partiyanın sədri, Azərbaycan Prezidenti İlham Əliyev, Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə, öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş, deputat Zahid Oruc, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, deputat Qüdrət Həsənquliyev, Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə, Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev, "Demokratik Qüvvələrin Milli Şurası" Seçicilərin Təşəbbüs Qrupu tərəfindən namizədliyi irəli sürülmüş Cəmil Həsənli, Ədalət Partiyasının sədri, deputat İlyas İsmayılov və Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğludur.

Xatırladaq ki, ölkə üzrə seçicilərin ümumi sayı 5 milyon 145 min 643 nəfərdir.


Teqlər:





Xəbər lenti