Moldova NATO ilə əməkdaşlıqdan imtina edir

Moldova NATO ilə əməkdaşlıqdan imtina edir
  17 May 2018    Oxunub:953
“Böyük ehtimalla, bu ilin sonunda keçiriləcək parlament seçkilərindən sonra NATO-nun Kişinyovdakı ofisi bağlanacaq”
AzVision.az xəbər verir ki, bu barədə Moldova prezidenti İqor Dodon “İzvestiya”-ya müsahibəsində deyib. Bildirib ki, NATO-nun Moldovadakı aktivliyinin başlıca səbəbi, alyansın Rusiya sərhədlərinə daha çox yaxınlaşmaq istəyirdir.

Moldova prezidenti vurğulayıb ki, ölkəsinin Qərblə Şərq arasındakı geosiyasi qarşıdurmalarda istifadə olunmasına icazə verə bilməz və Moldova vətəndaşlarının əksəriyyəti də ölkənin NATO-ya daxil olmasının əleyhinədir.

Qeyd edək ki, Moldova konstitusiyasına görə, ölkə neytral statusa malikdir. Lakin 1994-cü ildən NATO ilə əməkdaşlıq edir və paytaxt Kişinyovda alyansın informasiya mərkəzi fəaliyyət göstərir. 2017-ci ildən isə həm də NATO ilə əlaqələr üzrə büro açılıb. Amma İqor Dodon buna etiraz edərək, Moldovanın neytrallığının beynəlxalq səviyyədə taınmasına təkid edir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Moldova   NATO  





Xəbər lenti