Çindən ABŞ-a xəbərdarlıq: Sülhə mane olmayın!

Çindən ABŞ-a xəbərdarlıq: Sülhə mane olmayın!
  17 May 2018    Oxunub:1071
Çinin xarici işlər naziri Van Yi beynlxalq birliyi Koreya yarımadasında sülhə nail olunmasına dair dialoqa mane olmamağa çağırıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Çinin XİN rəhbəri açıqlamasında bildirib.

“Koreya yarımadası probleminin həlli üçün tərəflərin tamamilə əks istiqamətlərə deyil, bir-birilə görüşə getməsi vacibdir. Xüsusən də, bir tərəfin mülayimlik, digərinin isə əksinə sərtlik nümayiş etdirdiyi bir vaxtda.... Tarix artıq bizə bu dərsi verib. Biz oxşar halın təkrarlanmasını görmək istəmirik.” – deyə Van Yi bildirib.

Nazir, həmçinin vurğulayıb ki, bütün beynəlxalq oyunçular rəsmi Seulla Pxenyan arasındakı danışıqlar zamanı əldə olunmuş irəliləyişi qiymətləndirməlidir: “Digər tərəflər, xüsusən də ABŞ sülh üçün yaranmış bu şansı yüksək dəyərləndirməlidir. Prosesi geriyə atmaq əvəzinə, hamı sülhü təşviq etməlidir”

Qeyd edək ki, rəsmi Pxenyan ABŞ-ın Cənubi Koreya ilə birgə hərbi təlimlər keçirməsi səbəbindən Vaşinqtonla 12 iyuna təyin olunmuş sammiti ləğv edəcəyilə bağlı hədələyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Çin   ABŞ  





Xəbər lenti