Erməni milyarderə qarşı etirazlar səngimir

Erməni milyarderə qarşı etirazlar səngimir
  17 May 2018    Oxunub:1290
Ermənistanın Ararat rayonunda “Çiçəklənən Ermənistan” partiyasının rəhbəri, milyarder deputat Qaqik Çarukyana məxsus sement zavodunda yenidən etiraz aksiyaları keçirilir.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, zavodun işçiləri obyektin sahibi ilə görüş tələb edirlər. Onlar, həmçinin əmək haqlarının artırılmasını istəyirlər.

Zavodun rəhbərliyi etirazların dayandırılması üçün aksiya iştirakçıları ilə danışıqlar aparır. Bunun üçün daha öncə zavodun bəzi bloklarını bağlayıb işçilərin maaşlarını artıracaqlarına dair etirazçılara verdikləri vədə əməl edəcəklərini deyiblər. Lakin aksiya iştirakçıları bununla razılaşmırlar.

Qeyd edək ki, sement zavodunun sahibi Qaqik Çarukyan etiraz edən işçilərlə mayın 25-də görüşməyə söz versə də, artıq bir neçə gündür aksiya iştirakçıları görüşün daha tez keçirilməsini tələb edirlər.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Etiraz  





Xəbər lenti