Ermənistan XİN: “Münaqişənin sülh yolu ilə həlli vacibdir”

Ermənistan XİN: “Münaqişənin sülh yolu ilə həlli vacibdir”
  17 May 2018    Oxunub:1574
“Ermənistan Dağlıq Qarabağ münaqişəsinin həmsədr ölkələrin təklifləri əsasında, ATƏT-in Minsk qrupunun vasitəçiliyi çərçivəsində yalnız sülh yolu ilə həlli kursuna tərəfdar olaraq qalır”
AzVision.az xəbər verir ki, bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bəyan edib.

“Bunun üçün 2016-cı il aprel döyüşlərindən sonra yüksək səviyyədə əldə olunmuş razılaşmaların həyata keçirilməsi vacibdir.” – deyə XİN rəsmisi bildirib.

Qeyd edək ki, Ermənistan tərəfi Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini bəyan etsə də, danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Qarabağ  



Xəbər lenti