Ali məktəblərə qəbul planı artırılıb

Ali məktəblərə qəbul planı artırılıb
  17 May 2018    Oxunub:1657
"2018/2019 tədris ilinin qəbul planına əsasən, bakalavriat səviyyəsi üzrə təxminən təxminən, 2303 yer (5,37 %) artırılaraq 45159 yerə çatdırılıb".
AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, dövlət sifarişli yerlərin sayının 1,3 % artıb.

“İxtisas qrupları üzrə artım müxtəlifdir. Qəbul planı I ixtisas qrupunda 4%, II qrupda 3,5%, III qrupda 9%, V qrupda isə 8% artıb. 9 illik bazadan kolleclərə qəbul planı 572 yer azalıb, 11 illik bazadan kolleclərə qəbul planı isə ötən illə müqayisədə 21% artıb”.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM   Ali-Məktəb  





Xəbər lenti