Erməni əsgər anaları etiraz edir - Paşinyan nazirləri topladı

Erməni əsgər anaları etiraz edir - Paşinyan nazirləri topladı
  17 May 2018    Oxunub:1245
Ermənistan hökuməti baş nazir Nikol Paşinyanın başçılığı ilə ilk iclasını keçirir. Toplantı ictimaiyyətə və jurnalistlərə açıqdır.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, iclasın gündəliyinə 11 məsələ daxildir. Lakin onlardan 3-ü bağlı qapılar arxasında müzakirə olunacaq.

Hökumətin bundan öncəki iclası Paşinyanın rəhbərliyi ilə keçirilmişdi. Lakin həmin iclasda əvvəlki Nazirlər Kabinetində təmsil olunan Serj Sarkisyanın kadrları da iştirak etmişdilər. Paşinyanın yeni hökuməti isə bütün nazirləri yenidən təyin etdikdən sonra tam şəkildə mayın 12-də formalaşıb.

Paşinyanın keçirdiyi iclasla eyni vaxtda Ermənistan cəmiyyətinin müxtəlif sosial təbəqəsindən olan insanlar hökumət binası önünüdə aksiya keçirir. Onlar öz problemlərinin yeni hökumət tərəfindən dinlənilməsi və həll edilməsini tələb edirlər.

Aksiyaçılar arasında Ermənistan ordusunda dinc şəraitdə ölən erməni əsgərlərin qara paltar geyinmiş anaları və "Nairit" zavodunun işçiləri də var. Əsgər anaları qeyri-döyüş şəraitində ölmüş oğulları barədə Serj Sarkisyan hökumətinin gizlətdiyi həqiqətləri Paşinyanın üzə çıxarmasını tələb edirlər.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Ermənistan   Paşinyan  





Xəbər lenti