"Sarkisyanla yalnız Qarabağı müzakirə edə bilərəm" - Paşinyan
AzVision.az xəbər verir ki, Paşinyan bu barədə erməni jurnalistlərlə açıqlamasında bildirib.
Qeyd edək ki, Ermənistanda aprelin 13-dən başlayan kütləvi etirazlar nəticəsində baş nazir Serj Sarkisyan vəzifəsindən istefa verib. Mayın 8-də isə ölkə parlamenti küçə etirazlarının lideri Nikol Paşinyanı Ermənistanın baş naziri seçib. Ermənistan tam olaraq parlament üsul-idarəsinə keçib.
Ölkə konstitusiyasına 2015-ci ildə edilmiş dəyişikliyə əsasən, prezidentin səlahiyyətləri məhdudlaşdırılaraq, simvolik xarakter alır və dövlətin başçısı hökumətə rəhbərlik edən baş nazir olur. Dağlıq Qarabağ münaqişəsilə bağlı Ermənistan tərəfindən ən yüksək səviyyədə danışıqlar aparacaq rəsmi şəxs də baş nazir olacaq.
Leyla Elbrusqızı
AzVision.az
Teqlər: