Paşinyan generalın bacısı oğluna vəzifə verdi

Paşinyan generalın bacısı oğluna vəzifə verdi
  17 May 2018    Oxunub:1800
“Serji devir!” vətəndaş təşəbbüsünün üzvü, politoloq Armen Qriqoryan Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi təyin edilib.
AzVision.az “Aysor.am” saytına istinadən xəbər verir ki, bu barədə baş nazir Nikol Paşinyan əmr imzalayıb. Faktı Qriqoryanın özü də təsdiq edib.

Qeyd edək ki, Armen Qriqoryan Qarabağdakı qanunsuz qurumun keçmiş “müdafiə naziri”, indi Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisinin müavini Movses Akopyanın bacısı oğludur.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Paşinyan   Ermənistan  





Xəbər lenti