Təbriz konsulluğumuzda seçki fəal keçib

Təbriz konsulluğumuzda seçki fəal keçib
  10 Oktyabr 2013    Oxunub:859
Azərbaycanın Təbrizdəki konsulluğunda seçici fəallığı qeydə alınıb.
Azərbaycanın Təbrizdəki Baş konsulluğunda yaradılmış seçki məntəqəsində gün ərzində seçicilərin fəal iştirakı ilə nəzərə çarpan səsvermə prosesi yerli vaxtla saat 19:00-da başa çatıb.

AzVsison.az Trend-ə istinadən xəbər verir ki, Konsulluqdan verilən məlumata görə, Azərbaycan Baş konsulluğunun konsulluq dairəsində daimi və ya müvəqqəti yaşayan və seçki məntəqəsində siyahıya alınmış seçicilərin sayı 88 nəfər təşkil edib.

Əldə olunan ilkin məlumatlara görə, seçkilərdə seçicilərin 85 faizindən çoxunun məntəqəyə gələrək iştirak etdiyi məlum olub. Seçicilər Təbriz şəhərində ilk dəfə səsvermə üçün yaradılan şəraitə görə məmnun qaldıqlarını bildirib və məntəqə seçki komissiyasının işindən razılıqlarını diqqətə çatdırıblar.

Hazırda məntəqə seçki komissiyasında səslərin hesablanması prosesi həyata keçirilir. Seçkinin nəticəsi ilə bağlı məlumatlar ilkin olaraq elektron formada, daha sonra isə diplomatik poçt vasitəsilə qısa zamanda dairə seçki komissiyasına çatdırılacaq.


Teqlər:  





Xəbər lenti