“RİA Novosti Ukrayna”nın baş redaktoru həbs edildi

“RİA Novosti Ukrayna”nın baş redaktoru həbs edildi
  18 May 2018    Oxunub:1020
Ukraynanın Xerson məhkəməsi tərəfindən “RİA Novosti Ukrayna” İnformasiya Agentliyinin baş redaktoru Kiril Vışinski barəsində həbs qətimkan tədbiri seçilib.
Ukrayna Baş Prokurorluğunun yaydığı məlumata görə, Vışinski məhkəmədə Rusiya və Ukrayna pasportlarını daşıdığını etiraf edib.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidməti mayın 15-də “RİA Novosti Ukrayna” İnformasiya Agentliyinin Kiyev ofisində axtarış aparıb. Kiril Vışinski dövlətə xəyanətdə şübhəli şəxs kimi saxlanılıb.

AzVision.az


Teqlər: Ukrayna   Həbs  





Xəbər lenti