Putin Soçidə Bəşər Əsədlə görüşüb

Putin Soçidə Bəşər Əsədlə görüşüb
  18 May 2018    Oxunub:1370
Rusiya prezidenti Vladimir Putinlə suriyalı həmkarı Bəşər Əsəd arasında görüş keçirilib.
AzVision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, görüş Rusiyanın Soçi şəhərində baş tutub.

Məlumatı Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov təsdiqləyib. Əsədin Soçiyə işgüzar səfərə gəldiyini deyən Peskov prezidentlərin danışıqlar apardığını bildirib.

Görüşün detalları açıqlanmayıb.

AzVision.az


Teqlər: Putin   Əsəd   Soçi  





Xəbər lenti