Araz Əlizadə İlham Əliyevi təbrik etdi

Araz Əlizadə İlham Əliyevi təbrik etdi
  10 Oktyabr 2013    Oxunub:983
Azərbaycan Sosial Demokrat partiyasının sədri Araz Əlizadə prezident İlham Əliyevi qələbə münasibətilə təbrik edib.

`Cənab Prezident Sizin 09 oktyabr 2013-cü il Azərbaycan Respublikası prezident seçkilərində şəksiz qələbənizi səmimi qəlbdən təbrik edirəm. Sizə Azərbaycan naminə fəaliyyətinizdə böyük uğurlar diləyirəm.

Və Azərbaycan Sosial Demokrat partiyasının rəhbəri kimi, Sizi əmin edirəm ki, Azərbaycan üçün atdığınız bütün addımlarda Sizin yanınızda olacayıq və dəstəkləyəcəyik.Qarabağın azadlığı uğrunda hər bir addımınız bizim addımımızdır.

Bizim fikrimzcə, təcavüzkar Ermənistan bizə Vətən müharibəsindən başqa ayrı bir yol qoymayıb. Burada da Biz Sizin yanınızdayıq. Sizə və ailənizə cansağlığı, Azərbaycan naminə uğurlar və xoşbəxt həyat arzulayıram`,- deyə təbrikdə bildirilir.


Teqlər:  





Xəbər lenti