Netanyahunun oğlundan türkləri qəzəbləndirəcək sözlər

Netanyahunun oğlundan türkləri qəzəbləndirəcək sözlər
  18 May 2018    Oxunub:1194
İsrailin baş naziri Benyamin Netanyahunun oğlu Yair Netanyahu Türkiyəni xalqlara qarşı zülhmdə ittiham edib.
AzVision.az xəbər verir ki, bu barədə o, özünün "Facebook" şəbəkəsində yazıb.

“Türkiyə, sən Kiprdə yunanlara, kürdlərə qarşı inanılmaz əzab və zülmlərə, həmçinin, "erməni soyqırımı"na görə məsuliyyət daşıyırsan. Mən türklərə onu da xatırlatmaq istərdim ki, onlar Kiçik Asiyanı və Konstantinopolu (İstanbul) qanunzsuz olaraq işğal etmiş Orta Asiya xalqıdır. Hansı ki, türklərin müdaxiləsinədək bu ərazilər xristianların idi. Odur ki, susun!” – deyə Yair Netanyahu Türkiyəni ittiham edib.

Xatırladaq ki, mayın 14-də ABŞ səfirliyinin Qüdsə köçürülməsinə etiraz edən 10 mindən çox fələstinlinin Qəzza zonasındakı aksiyasını dağıtmaq üçün İsrail ordusu silahlı güc tətbiq edib. Nəticədə 61 fələstinli ölüb, 3 minə yaxını yaralanıb. Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsraili terrorçu dövlət adlandıraraq, bu ölkə hərbçilərinin fələstinlilərə qarşı davranışının soyqırım olduğunu bildirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Qüds   İsrail   Türkiyə  





Xəbər lenti