“Putinə 3 dəfə təcili zəng etdim, ehtiyacım vardı...”

“Putinə 3 dəfə təcili zəng etdim, ehtiyacım vardı...”
  18 May 2018    Oxunub:1167
Avropa İttifaqına daxil olmaq istəyinə baxmayaraq, Serbiya Rusiya ilə dostluğunu unutmur və ona görə də, Belqrad Avropa İttifaqının Rusiyaya qarşı sanksiyalarına heç vaxt qoşulmayacaq.
AzVision.az xəbər verir ki, bu sözləri Serbiya prezidenti Aleksandr Vuçiç Almaniyanın "Rheinische Post" nəşrinə müsahibəsində deyib.

O, Rusiya prezidenti Vladimir Putinə olan münasibətindən də söz açıb: “Mən onu çox yaxşı tanıyıram və böyük hörmət bəsləyirəm. O, çox ağıllı insandır. Və mən bilirəm ki, Serbiya ona güvənə bilər. 3 dəfə onun təcili köməyinə ehtiyacım olub və hər üçündə də mən dərhal onunla telefon əlaqəsi yaratmışam”

Vuçiç onu da vurğulayıb ki, Putin heç zaman Serbiyanın Avropa İttifaqına daxil olmaq istəyinin əleyhinə çıxış etməyib. NATO ilə əlaqələrə gəldikdə isə Vuçiç burada Rusiya maraqlarının nəzərə alındığına eyham vurub.

“Serbiyanın NATO-ya daxil olması Rusiya üçün problem ola bilər, amma bu cür variant mümkün deyil. Çünki Serbiya neytrallığını qoruyub saxlamaq istəyir.” – deyə Vuçiç vurğulayıb.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Rusiya   sanksiya  





Xəbər lenti