Cənubi Koreya Pxenyanla danışıqları kəsmək istəmir

Cənubi Koreya Pxenyanla danışıqları kəsmək istəmir
  18 May 2018    Oxunub:1083
Cənubi Koreya Şimali Koreya ilə dialoqun bərpası üçün səylərini davam etdirmək niyyətindədir.
AzVision.az xəbər verir ki, bu barədə Cənubi Koreya prezidenti Mun Çje İnin administrasiyasından bildirilib.

“Şimali Koreya danışıqların tam ləğvindən bəhs etməyib. Li Son Qvon (Şimali Koreyanın sülh yolu ilə birləşmə üzrə komitəsinin sədri) dialoq aparmayacaqlarını söyləməyib, sadəcə deyib ki, bu, asan olmayacaq. Rəsmi Seul dialoqun bərpa olunması üçün yollar axtarmağa davam edəcək.” – deyə administrasiyanın nümayəndəsi bildirib.

Qeyd edək ki, rəsmi Pxenyan nüvə silahından imtinaya hazır olduğunu deməsinə rəğmən, Cənubi Koreyanın ABŞ-la hərbi təlimlər keçirməsini sərt şəkildə tənqid edib və rəsmi Seulu Koreya yarımadasında sülh danışıqlarından imtina edə biləcəyilə hədələyib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: KXDR   Cənubi-Koreya  





Xəbər lenti