Yanukoviç İlham Əliyevi təbrik etdi.

Yanukoviç İlham Əliyevi təbrik etdi.
  10 Oktyabr 2013    Oxunub:1357
AzVsison.az AzərTAc - a istinadən xəbər verir ki, Ukrayna Prezidenti Viktor Yanukoviç Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Viktor Yanukoviç dövlətimizin başçısını prezident seçkilərində inamlı qələbə münasibətilə təbrik edib, Azərbaycan xalqının firavanlığı naminə ona ali dövləti fəaliyyətində uğurlar arzuladı.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə Ukrayna Prezidentinə minnətdarlığını bildirdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ukrayna Prezidenti Viktor Yanukoviç ölkələrimiz arasında mövcud olan dostluq münasibətlərinin uğurla inkişaf etdiyini vurğulayaraq əlaqələrimizin bundan sonra da inkişaf etdiriləcəyinə əmin olduqlarını bildirib.


Teqlər:  





Xəbər lenti