Skripal xəstəxanadan çıxdı, amma yeri bilinmir

Skripal xəstəxanadan çıxdı, amma yeri bilinmir
  18 May 2018    Oxunub:1204
Rusiya Hərbi kəşfiyyat idarəsinin sabiq polkovniki, Böyük Britaniyanın Solsberi şəhərində beyni iflic edən “Noviçok” kimyəvi maddəsindən zəhərləndiyi bildirilən Sergey Skripal xəstəxanadan evə buraxılıb.
AzVision.az xəbər verir ki, bu barədə Britaniyanın Səhiyyə Nazirliyi məlumat yayıb.

“Baxmayaraq ki, pasiyentlərimizi artıq evə buraxmışıq, onlar gizlilik hüququna malikdirlər. Bu isə həmin şəxslərin keçdiyi müalicə barədə ətraflı hesabat verməkdə bizim səlahiyyətimizi məhdudlaşdırır” – deyə bildirilib.

Bundan əvvəl isə Rusiya XİN-in mətbuat katibi Mariya Zaxarova bildirmişdi ki, Moskva Londondakı səfirliyi vasitəsilə keçmiş kəşfiyyatçı Sergey Skripal və qızı Yuliya Skripalla şəxsən təmas qurmaq üçün imkan yaradılması ilə bağlı tələbini davam etdirəcək.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Skripal   Rusiya  





Xəbər lenti