İrəvanda yenidən etiraz aksiyası keçirilib - VİDEO

İrəvanda yenidən etiraz aksiyası keçirilib - VİDEO
  18 May 2018    Oxunub:1210
Bu gün İrəvanda Baş Prokurorluğun binası qarşısında etiraz aksiyası keçirilib.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, aksiya iştirakçıları siyasi məhbusların həbsdən azad edilməsini tələb ediblər.

Əlllərində siyasi məhbus, separatçı rejimin keçmiş hərbi birləşmə komandiri Samvel Babayanın və istefası tələb olunan baş prokuror Artur Davtyanın şəkillərini tutan bildiriblər ki, cəmiyyətin nüfuzlu vəkilləri də daxil edilməklə, bu işlə məşğul olacaq xüsusi komissiya yaradılsın.

Daha sonra nümayişçilər kassasiya məhkəməsinin inzibati binasına doğru hərəkət edərək, Samvel Babayanın vəkilinin vəsatətini icraata qəbul etməyi tələb ediblər. Sakinlərdən biri yerə uzanaraq bu formada öz etirazını bildirib.



Alpər Mövludoğlu
AzVision.az


Teqlər: Ermənistan   Etiraz  





Xəbər lenti