Qəzaya uğrayan təyyarədə 113 nəfər olub - VİDEO (Yenilənib)
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, onlardan 104-ü sərnişindir. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilsə də, hələlik bununla bağlı rəsmi açıqlama verilməyib. İddia edilir ki, cəmi 3 nəfər sağ qalıb.
***
(21:38)
Kubada “Boeing 737” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, göyərtəsində təxminən 104 nəfərin olduğu deyilən təyyarə havaya qalxdıqdan bir qədər sonra yerə düşüb.
Qəza nəticəsində ölən və yaralıların olması barədə hələlik məlumat yoxdur.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


