Qəzaya uğrayan təyyarədə 113 nəfər olub - VİDEO (Yenilənib)

Qəzaya uğrayan təyyarədə 113 nəfər olub - VİDEO (Yenilənib)
  19 May 2018    Oxunub:2619
Kubada qəzaya uğrayan təyyarənin göyərtəsində ekipaj üzvləri daxil olmaqla 113 nəfər olub.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, onlardan 104-ü sərnişindir. Hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilsə də, hələlik bununla bağlı rəsmi açıqlama verilməyib. İddia edilir ki, cəmi 3 nəfər sağ qalıb.
Ağır vəziyyətdə olan həmin şəxslər xəstəxanaya yerləşdirilib. Əraziyə təcili yardım briqadaları cəlb olunub.



***
(21:38)

Kubada “Boeing 737” tipli sərnişin təyyarəsi qəzaya uğrayıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, göyərtəsində təxminən 104 nəfərin olduğu deyilən təyyarə havaya qalxdıqdan bir qədər sonra yerə düşüb.

Qəza nəticəsində ölən və yaralıların olması barədə hələlik məlumat yoxdur.

AzVision.az


Teqlər: Kuba   Təyyarə   Qəza  





Xəbər lenti