3 avtomaşın toqquşdu: ölən var

3 avtomaşın toqquşdu: ölən var
  05 Mart 2013    Oxunub:1186
Pirşağıda baş verən yol qəzasında ölən və xəsarət alanlar var.
Martın 5-i saat 01:15 radələrində Sabunçu rayonunun Pişağı qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Məharət Əliyevin idarə etdiyi "Mersedes", Dilşad Əliyevanın idarə etdiyi "VAZ-2103" və Qafar Qafarovun idarə etdiyi "BMW" markalı avtomobillər toqquşub.
Nəticədə "Mersedes" markalı avtomobilin sərnişini Əziz Ənnağıyev və Q.Qafarov xəsarətlə xəstəxanaya yerləşdirilib.
"BMW" markalı avtomobilin sərnişini Aydın Rzayev isə hadisə yerində ölüb.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda cinayət işi açılıb.

Azvision.az


Teqlər:





Xəbər lenti