ABŞ Suriyaya maliyyə yardımını dayandırdı

ABŞ Suriyaya maliyyə yardımını dayandırdı
  19 May 2018    Oxunub:805
ABŞ prezident administrasiyası İdlib də daxil olmaqla, Suriyanın şimal-qərb rayonlarının bərpasına maliyyə yardımı ayrılmasını dayandırıb.
AzVision.az xəbər verir ki, bu barədə CBS ABŞ Dövlət Departamentindəki mənbəyə istinadən məlumat yayıb.

“Şimal-şərq rayonlarına kömək üçün ayrılan maliyyə Suriyanın şimal-şərq rayonlarına dəstəyin gücləndirilməsinə yönəldiləcək” – deyə CBS Dövlət Departamentindəki mənbədən sitat gətirib.

Suriyanın şimal-qərbi artıq tamamilə rəsmi Dəməşqin nəzarətindədir. Amerika rəsmisi bildirib ki, ABŞ, Suriya prezidenti Bəşər Əsədin nəzarət etdiyi regionların bərpasına pul xərcləmək istəmir.

CBS-nin məlumatına görə, söhbət 200 milyon dollardan çox vəsaitdən gedir.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Suriya üzrə dövlət proqramına yenidən baxılmasını tələb edib. 4 mayda isə Dövlət Departamentindən bildirilib ki, Suriyadakı “Bəyaz dəbilqəlilər”in də maliyyələşməsi məsələsinə yenidən baxırlar. 10 mayda isə Suriya prezidenti Bəşər Əsəd bəyan edib ki, “ABŞ-ın Suriyada yerinə yetirdiyi yeganə missiya - terrorçuları dəstəkləməkdir.”

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Suriya  





Xəbər lenti