“Fitch”dən Ermənistan və Qarabağla bağlı bədbin proqnoz

“Fitch”dən Ermənistan və Qarabağla bağlı bədbin proqnoz
  19 May 2018    Oxunub:2958
"Fitch" beynəlxalq reytinq agentliyi Ermənistanda hakimiyyət dəyişikliyindən sonra ölkənin gələcək siyasi-iqtisadi vəziyyətinə dair hesabatını açıqlayıb.
AzVision.az-ın məlumatına görə, hesabatda qeyd olunur ki, Ermənistanda hələ də daxili siyasi qeyri-müəyyənlik hökm sürür. Çünki Nikol Paşinyanın yeni administrasiyası ciddi problemlərlə üzləşir.

“Respublikaçılar partiyası parlamentdə ən böyük fraksiyaya malikdir və bu səbəbdən Paşinyanın xalqın dəstəyini qoruyub saxlamağa paralel olaraq, iqtisadi maraqları olan qruplarla işləməyin vacibliyi ilə parlamentdə mütləq çoxluq qazamağın vəhdətinə necə nail olacağı, həmçinin korrupsiya ilə mübarizə aparmaqla yanaşı, sosial ədələt prinsiplərinə necə sadiq qalacağı aydın deyil” – deyə hesabatda bildirilib.

İqtisadiyyata gəlincə, "Fitch" Ermənistanın bu sahədə,demək olar ki, xarici yardımdan asılı olduğunu bildirib. Ümid edilir ki, ölkədə aparılacaq islahatlar və xarici siyasi kursun davamlılığı beynəlxalq maliyyə təşkilatları və tərəfdaş ölkələrin Ermənistana texniki və maliyyə dəstəyi göstərməsinə imkan verəcək.

"Fitch" agentliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı proqnozu heç də nikbin deyil. Təşkilat münaqişənin tənzimlənməsi istiqamətində sürətli irəliləyiş gözləmir və hesab edir ki, Qarabağ münaqişəsi zonasında gərginliyin artma riski olduqca böyükdür. Bu isə son 2 ildə tərəflərin bir neçə dəfə silahlı toqquşmaya girdikləri ilə əsaslandırılır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Fitch   Ermənistan  





Xəbər lenti