Növbəti TOEFL və SAT imtahanları keçirilib

Növbəti TOEFL və SAT imtahanları keçirilib
  19 May 2018    Oxunub:1568
Mayın 19-da Dövlət İmtahan Mərkəzində (DİM) növbəti TOEFL və SAT imtahanları keçirilib.
DİM-dən AzVision.az-a verilən məlumata görə, imtahanlar mərkəzin inzibati binasında təlimata uyğun təşkil olunub.

TOEFL imtahanında biri xarici vətəndaş olmaqla səkkiz, SAT imtahanında isə 41 nəfər iştirak edib. İmtahanların gedişi zamanı iştirakçılara bilik və bacarıqlarını nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Qeyd edək ki, növbəti TOEFL və SAT imtahanlarının 2018-ci il iyunun 2-də keçirilməsi nəzərdə tutulur. İmtahanlara qeydiyyatdan keçmək qaydaları haqqında ətraflı məlumatı https://azvision.az/redirect.php?url=http://www.dim.gov.az/activities/exams/toefl/ linkindən əldə etmək mümkündür.

AzVision.az


Teqlər: SAT   TOEFL  





Xəbər lenti