ABŞ-da güclü yanğın, 22 nəfər yaralanıb

ABŞ-da güclü yanğın, 22 nəfər yaralanıb
  20 May 2018    Oxunub:993
ABŞ-ın Texas ştatında yerləşən “Kuraray America” zavodunda güclü yanğın olub.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə nəticəsində 22 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Yanğın artıq söndürülüb. Hadisənin səbəbləri araşdırılır. İlkin ehtimala əsasən, yanğına polietilenin sızması səbəb olub.

AzVision.az



Teqlər: ABŞ   Yanğın  





Xəbər lenti