108 nəfərin öldüyü təyyarənin "qara qutu"su tapıldı

108 nəfərin öldüyü təyyarənin "qara qutu"su tapıldı
  20 May 2018    Oxunub:1434
Kubada qəzaya uğrayan "Boeing 737" sərnişin təyyarəsinin "qara qutular"ından biri tapılıb.
AzVision.az TASS-a istinadən xəbər verir ki, bu barədə Kubanın nəqliyyat naziri Adel İskyerdo məlumat verib. O, tapılan "qara qutu"nun yaxşı vəziyyətdə olduğunu deyib.

Qeyd edək ki, Kubada "Boeing-737" sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 108 nəfər ölüb. Təyyarə Havana aeroportundan havaya qalxdıqdan bir neçə dəqiqə sonra yerə çırpılıb.

AzVision.az


Teqlər: Kuba   Təyyarə   Qəza  





Xəbər lenti