Ərdoğanın sui-qəsd planından xəbəri varmış

Ərdoğanın sui-qəsd planından xəbəri varmış
  20 May 2018    Oxunub:1929
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Balkanlara səfəri zamanı ona qarşı sui-qəsd planının hazırlanması barədə məlumatlara münasibət bildirib.
AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, hazırda Bosniya və Herseqovinada səfərdə olan Ərdoğan sui-qəsd planı barədə məlumatlı olduğunu deyib.

"Mənə bununla bağlı xəbər verildi. Zatən buna görə buradayam. Niyə? Çünki bu təhdidlər bizi yolumuzdan döndərə bilməz. Biz yola çıxmışıqsa, davam edəcəyik",- deyə Türkiyə prezidenti vurğulayıb.

Qeyd edək ki, Türkiyənin kəşfiyyat xidmətlərinə Ərdoğanın Balkanlara səfəri zamanı ona sui-qəsd ola biləcəyinə dair məlumatlar daxil olub. Qərb kəşfiyyatı da belə bir təhlükənin gözlənildiyini təsdiqləyib. İddia olunub ki, sui-qəsd planı bir qrup türk əsilli şəxs tərəfindən hazırlanıb.

AzVision.az


Teqlər:





Xəbər lenti