Maduro yenidən prezident seçildi

Maduro yenidən prezident seçildi
  21 May 2018    Oxunub:1365
Venesuelada keçirilən prezident seçkilərinin yekun nəticələri məlum olub. Hazırkı dövlət başçısı Nikolas Maduro seçicilərin 68 faizinin etimadını qazanaraq yenidən prezident seçilib.
“RİA Novosti”-nin verdiyi xəbərə görə, bu barədə Venesuela Milli Seçki Şurasının sədri Tibisay Lusena bildirib.

Onun sözlərinə görə, bülletenlərin 92,6 faizinin hesablanmasına əsasən Nikolas Maduro 5 823 718, Enri Falkon (müxalifətdən namizəd) 1 820 552, Havyer Bertuçi isə 925 000 səs toplayıb.

AzVision.az


Teqlər: Venesuela   Maduro  





Xəbər lenti