NATO Suriya terrorçularını silahlandırır - VİDEO

NATO Suriya terrorçularını silahlandırır - VİDEO
  21 May 2018    Oxunub:1229
Suriyanın Homs əyalətinin şərqində, Zaa-Faran rayonunda terrorçuların silah anbarlarının yerləşdiyi tunellər aşkarlanıb.

AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, binalar arasından gizlincə irəliləmək və atəşdən yayınmaq üçün terrorçular dərin xəndəklər hazırlayıblar.
Bir neçə kilometrlik uzun tuneldə terrorçuların komandirləri üçün otaq tipli kabinlər, tibbi məntəqələr, hətta həbsxana da mövcuddur. Kommunikasiya qurğuları isə əsirlər tərəfindən hazırlanıb. Aşkarlanan tunel artıq minadan təmizlənib.

Terrorçuların tunelində kustar üsulla hazırlanan silahlarla yanaşı, NATO ölkələri - ABŞ, Almaniya və İspaniya istehsalı olan çox sayda hərbi sursat tapılıb.



Leyla Elbrusqızı
AzVision.az


Teqlər: NATO   Terror  





Xəbər lenti