Dəməşq İŞİD-dən tam azad edildi - 7 ildən sonra

Dəməşq İŞİD-dən tam azad edildi - 7 ildən sonra
  21 May 2018    Oxunub:1301
Suriya ordusu paytaxt Dəməşqi İŞİD terrorçularından tamamilə təmizləyib.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, Suriya hökumət qüvvələri terrorçuların Əl-Həcr-əl-Əsvad məhəlləsindəki sonuncu müqavimət məntəqəsini məhv edib.
Bununla da, 7 ildən sonra ilk dəfə Bəşər Əsəd hökuməti paytaxt Dəməşqə tam nəzarəti bərpa edib.

Bundan əvvəl Suriya ordusu fələstinli qaçqın düşərgələrinin yerləşdiyi Yarmuk məntəqəsini də İŞİD-dən azad edib. Əl-Həcr-əl-Əsvad və Yarmuk Dəməşqin terrorçuların əlində olan yeganə hissələri idi.

Azad olunmuş rayonlarda hazırda hökumət qüvvələri yaşayış evləri və tunellərdə axtarış-əməliyyat tədbirləri həyata keçirir.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: Suriya   Dəməşq   İŞİD  



Xəbər lenti