Kraliça xəstəxanadan çıxıb

Kraliça xəstəxanadan çıxıb
  05 Mart 2013    Oxunub:1523
O, iki həftəyə tam sağalacaq.
Böyük Britaniya kralişası 2-ci YelizavetaLondondakı xəstəxananı tərk edib. Ötən gün bağırsaq infeksiyası diaqnozu ilə xəstəxanaya yerləşdirilən monarx xanım qapıda onu gözləyən jurnalist ordusunun qarşısına özü çıxıb.

Pilləkənləri piyada düşən kraliça hər şeyin yaxşı olduğunu göstərmək üçün mətbuat işçilərinə əl etdikdən sonra onun üçün ayrılan xüsusi avtomobilə əyləşib.

Bukinqem sarayından bildirilib ki, Yelizavetanın səhhətində problem yoxdur. Onun xəstəxanaya aparılması isə ancaq təhlükəsizlik məqsədilə olub. Məlumat üçün bildirək ki, xəstəlik üzündən kraliçanın Roma səfəri təxirə salınıb. Bəzi mənbələr isə Yelizavettanın müalicə olunduğunu və iki həftədən sonra tam sağalacağını bildiriblər.


Teqlər:





Xəbər lenti