"İran xalqı artıq bezib" - Ruhanidən ABŞ-a cavab

"İran xalqı artıq bezib"  - Ruhanidən ABŞ-a cavab
  22 May 2018    Oxunub:1947
"ABŞ-ın İrana və bütün dünyaya diktə etməyə haqqı yoxdur"

AzVision.az TASS-a istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani ABŞ dövlət katibi Mark Pompeoya cavabında deyib.
Ruhani bildirib ki, artıq İran xalqı Vaşinqtonun riyakarlığından bezib. Onun sözlərinə görə, ABŞ hökuməti 15 il əvvəlki dövrə - Corc Buşun hakimiyyətdə olduğu ilə geri qayıdıb.

"İran xalqı sizin riyakarlığınızdan bezib və heç vaxt bunu qəbul etməyəcək”, - deyə Ruhani vurğulayıb.

Qeyd edəki, ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo İranla yeni razılaşma imzalanması üçün Tehrana 12 şərt irəli sürüb. Pompeonun fikrincə, İranın “nə indi, nə də heç vaxt” nüvə silahı əldə etməməsi üçün ABŞ ciddi işə keçəcək.

O, İranı daha sərt sanksiyalarla təhdid edib. Bildirib ki, nüvə sazişi ilə aradan qaldırılan sanksiyalar artıq bərpa olunmaq üzrədir və İranın onsuz da kövrək iqtisadiyyatına əsaslı təzyiq olacaq: “Bu, sadəcə başlanğıcdır. Sanksiyaların təsiri ağır olacaq. Tam hazırlanandan sonra bunlar tarixdəki ən güclü sanksiyalar olacaq”.

AzVision.az


Teqlər: İran   ABŞ   Ruhani  



Xəbər lenti