ABŞ Pxenyana hərbi hücumu istisna etmir

  22 May 2018    Oxunub : 744
ABŞ Pxenyana hərbi hücumu istisna etmir
ABŞ Şimali Koreyaya münasibətdə hərb variantını gündəlikdən heç vaxt çıxarmayıb.
AzVision.az xəbər verir ki, bu barədə Fox News telekanalına müsahibəsində ABŞ-ın vitse-prezidenti Mayk Pens deyib.

“Hərbi variant heç vaxt istisna edilməyib”, - deyə Pens bildirib. O, həmçinin əlavə edib ki, “əgər Kim Çen In düşünürsə ki, Donald Trampla oynaya bilər, böyük səhv edir”.

Xatırladaq ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Şimali Koreyaya münasibətdə Liviya ssenarisinin nəzərdən keçirilmədiyini açıqlayıb. Rəsmi Pxenyan isə yalnız təzyiq yolu ilə birtərəfli qaydada nüvə silahından imtinanın tələb edilməsinə qarşıdır.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: ABŞ   Pxenyan