Paşinyan və Sarkisyan Gürcüstana gedir

  22 May 2018    Oxunub : 687
Paşinyan və Sarkisyan Gürcüstana gedir
Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edəcək.
AzVision.az xəbər verir ki, bunu Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan bildirib. Onun sözlərinə görə, səfər 30-31 may tarixində baş tutacaq.

T. Balayan, həmçinin qeyd edib ki, Ermənistan prezidenti Armen Sarkisyan da mayın 25-də Gürcüstana səfərə yollanacaq. O, Gürcüstanın müstəqilliyinin 100 illiyi ilə bağlı keçirilən tədbirdə iştirak edəcək.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Ermənistan   Gürcüstan