Nəticələr açıqlandı: 3 abituriyent 700 bal toplayıb

Nəticələr açıqlandı: 3 abituriyent 700 bal toplayıb
  22 May 2018    Oxunub:10616
Ali məktəblərə I və IV ixtisas qrupları üzrə keçirilən qəbul imtahanlarında iştirak edən abituriyentlərin nəticələri ötənilki səviyyədədir.

AzVision.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O, bildirib ki, I qrup üzrə 2 nəfər, IV qrup üzrə isə 1 nəfər 700 bal toplayıb: “Bu, yaz imtahanın nəticəsidir. Yay imtahanında nəticələrin daha da yüksələcəyini gözləyirik. Bu il imtahanlarda abituriyentlərin ikinci imtahan vermək şansı ilə yanaşı, ixtisas qruplarını da dəyişmək şansı var”.

Aytən Zəhra
AzVision.az


Teqlər: DİM  





Xəbər lenti