Yüksək bal toplayan Əsra həyacandan danışa bilmədiyi üçün anası Aynur Bayramova AzVision.az-a qızının uğurlarından söz açıb.
“Nəticəni eşidəndə çox sevindik. 1-ci sinifdən 11-ci sinfə qədər əla qiymətlərlə oxuyub, repetitor yanına getməyib. Lisey müəllimlərinin və özünün səyi nəticəsində yüksək bal toplayıb. Sınaqlarda hər zaman yüksək nəticə göstərib. 9-cu sinifdə Riyaziyyat fənni üzrə olimpiadada 3-cü yeri tutub”.
A.Bayramova Əsranın hələ ali məktəb seçimini etmədiyini bildirib: “Universitetlərə baxırıq. Seçiminə yenidən nəzər salacaq”.
A. Bayramova, həmçinin qeyd edib ki, qızı ilə yanaşı, onun sinif yoldaşı Cahan Haşımzadə II ixtisas qrupu üzrə maksimum nəticə göstərib.

Aytən Zəhra
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


