Bu gün Flora Kərimovanın məhkəməsi olacaq

Bu gün Flora Kərimovanın məhkəməsi olacaq
  10 Oktyabr 2013    Oxunub:1062
Ali Məhkəmədə Flora Kərimovanın işinə baxılacaq.
Bu gün saat 4-də Xalq artisti Flora Kərimovanın məhkəməsi olacaq. Bu barədə AzVision.az-a F.Kərimovanın vəkili Fuad Ağayev məlumat verib. Onun sözlərinə görə, məhkəmə saat 4-də Ali Məhkəmədə olacaq.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova əmək pensiyasının yenidən hesablanması tələbi ilə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Səbail rayon şöbəsini məhkəməyə verib. Hazırda təxminən 140 manat təqaüd alan F.Kərimova ona deputat təqaüdü (təxminən 1500-2000 manat) kəsilməsini istəyir. 2005-ci il parlament seçkilərində iştirak etmiş, lakin rəsmi nəticələrə əsasən qalib gəlməmiş xalq artisti əsas kimi Avropa İnsan Hüquqları Məhkəməsinin müvafiq qərarını göstərib.
1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi xalq artistinin iddiasını təmin etməyib.

Şahanə Rəhimli



Teqlər:





Xəbər lenti