Fransada minlərlə insan etiraza qalxdı- Xalq prezidentə qarşı

Fransada minlərlə insan etiraza qalxdı- Xalq prezidentə qarşı
  23 May 2018    Oxunub:2372
Fransanı hökumət əleyhinə etiraz aksiyaları bürüyüb. Ölkə üzrə keçirilən 140 etiraz aksiyasının iştirakçıları büdcədən sosial xərclərə ayrılan vəsaitin və iş yerlərinin azaldılmasına qarşıdırlar.
AzVision.az xəbər verir ki, sadə vətəndaşların etirazına dövlət işçiləri də qoşulub. Onlar Fransa prezidenti Emmanuel Makronun apardığı islahatları pisləyirlər. Etiraz aksiyalarına ölkə üzrə 139 mindən çox insan qatılıb. Təkcə paytaxt Parisdə 16 min etirazçı küçələrə axışıb. 20-ə yaxın etirazçı isə həbs olunub.

Etirazçılar dövlət orqanlarının, məktəb, xəstəxana və hava kommunikasiyasının işinə mane olublar. Aksiyaları dağıtmaq üçün Fransa polisi güc tətbiq edərək, gözyaşardıcı qaz və səsli bombalardan istifadə edib. Aksiyalardakı qarşıdurmada onlarla etirazçı yaralanıb. Polisin atdığı qumbara nəticəsində bir nəfər qolunu itirib.



Qeyd edək ki, artıq bir neçə dəfədir Fransadakı həmkarlar ittifaqları prezident Emmanuel Makronun islahatlarına qarşı etirazlar təşkil edir. Bu dəfəki etirazlar isə dəmiryolu işçilərinin kütləvi tətilindən 2 gün sonra olub. İşçiləri hiddətləndirən isə, hökumətin bir sıra faydalardan onları məhrum etmək və dəmiryolu işçilərinin xüsusi statusunu ləğv etmək barədə planlarıdır.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: aksiya   Fransa   Makron  





Xəbər lenti