Erməni nazir Lavrova zəng edib - Qarabağdan danışdılar

Erməni nazir Lavrova zəng edib - Qarabağdan danışdılar
  23 May 2018    Oxunub:1853
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ermənistanın yeni XİN rəhbəri Zoqrab Mnatsakanyanla telefonla danışıb.
AzVision.az xəbər verir ki, məlumatı Rusiya Xarici İşlər Nazirliyi yayıb. Telefon danışığı Ermənistanın təşəbbüsü ilə baş tutub.

Qeyd olunub ki, nazirlər iyunun 1-də Tacikistanın paytaxtı Düşənbədə baş tutacaq Müstəqil Dövlətlər Birliyi (MDB) Hökumət Başçıları Şurasının iclasını, Avrasiya İqtisadi Birliyi qurumlarının fəaliyyətini, ikitərəfli tədbirlər planını, eləcə də ATƏT-in Minsk qrupu həmsədrlərinin xətti ilə Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə nəzərdə tutulan məsələləri müzakirə ediblər.

İlkin Nəcəfzadə
AzVision.az



Teqlər: Rusiya   Qarabağ   ATƏT   Ermənistan  





Xəbər lenti