Poroşenko yeni qoşun yaradır

  23 May 2018    Oxunub : 612
Poroşenko yeni qoşun yaradır
Ukrayna hərbi dəniz qüvvələrinin tərkibində yeni hərbi birləşmələr - dəniz piyada qoşunları yaradılacaq.
AzVision.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin cənubundakı Nokolayev şəhərinə səfəri zamanı deyib.

Onun sözlərinə görə, bu gün - 23 mayda, yeni qoşun birləşmələrinin yaradılması ilə bağlı layihənin işə başlaması üçün "yaşıl işıq" yandırılıacaq. Bununla belə, Poroşenko məsələ ilə əlaqədar təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, cari ilin əvvəlində Ukraynada dəniz piyadaları korpusu formalaşdırılıb.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: qoşun   Ukrayna   Poroşenko