"Türkiyə Suriya Ərəb Respublikası ərazisindəki bütün qoşunlarını çıxarmalı və terrorçuları dəstəkləməyi dayandırmalıdır. Yalnız bundan sonra Dəməşq və Ankara arasında Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın siyasi ambisiyaları səbəbindən pozulan münasibətlərin bərpası mümkündür. O, Suriyadakı terrorçu birləşmələri dəstəkləməyin hansı nəticələrə gətirib çıxara biləcəyini fikirləşmir" - deyə Mikdad qeyd edib.

Bundan əvvəl isə Türkiyədə Cumhuriyyət Xalq Partiyasından prezidentliyə namizəd Muhərrəm İncə bəyan etmişdi ki, seçkidə qələbə qazanacağı təqdirdə, Suriya ilə 6 il öncə dayandırılan diplomatik əlaqələri bərpa edəcək. O, həmçinin, Ərdoğanı İsraillə mübarizəni imitasiya etməkdə günahlandırıb.
Leyla Elbrusqızı
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


