Kim Trampla görüşdən çəkinir - Ona qarşı qiyam ola bilər

  23 May 2018    Oxunub : 994
Kim Trampla görüşdən çəkinir - Ona qarşı qiyam ola bilər
Şimali Koreya lideri Kim Çen In ehtiyat edir ki, əgər ABŞ prezidenti Donald Trampla iyunun 12-də Sinqapurdakı görüşə getsə, bu, Şimali Koreyada onun qarşı hərbi və ya dövlət çevrilişinə gətirib çıxara bilər.
AzVision.az xəbər verir ki, bu barədə The Washington Post özünün diplomatik mənbəyinə istinadən məlumat yayıb.

Bununla yanaşı, Şimali Koreyanın rəsmisi məlumatına görə, Kim Çen In loqistika məsələlərində də olduqca həssas və diqqətlidir. Şimali Koreyanın lideri sammit zamanı Sinqapur ərazisində təhlükəsizliyin təmin olunması məsələsindən narahatdır və maraqlanır ki, onun təyyarəsi hər iki istiqamətdə uçuş üçün kifayət qədər yanacaqla təmin ediləcəkmi?!

Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp bildirmişdi ki, əgər danışıqlar baş tutsa, Şimali Koreya liderinin təhlükəsizliyinə zəmanət veriləcək.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: Koreya   ABŞ   çevriliş