Rusiyaya gedən ermənilərin sayı 2 dəfə artıb

Rusiyaya gedən ermənilərin sayı 2 dəfə artıb
  23 May 2018    Oxunub:1943
Qırğızıstan və Ermənistan MDB ölkələri arasında Rusiyada işləyənlərin sayına görə birinci və ikinci yeri tutur.
AzVision.az xəbər verir ki, bu barədə məlumatı Rusiya Daxili İşlər Nazirliyi yayıb. Qeyd olunub ki, 2012-ci ildə Rusiyada işləyən ermənilərin sayı 90 549 nəfər olduğu halda 2017-ci ildə bu rəqəm 232 247 min nəfərə çatıb.

Rusiyada işləyən ən çox miqrantlar isə Qırğızıstan vətəndaşlarıdır. Belə ki, hazırda Rusiyadakı qırğızların sayı 376 863 nəfərdir.

Qeyd edək ki, Rusiyada Belarus, Ermənistan, Qazaxıstan və Qırğızıstan vətəndaşlarına işləmək üçün icazə tələb olunmur.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər: Rusiya   Ermənistan  



Xəbər lenti