Ermənistanda 47 məmur rüşvətə görə həbs edilib

  23 May 2018    Oxunub : 991
Ermənistanda 47 məmur rüşvətə görə həbs edilib
2018-ci ilin ilk beş ayında Ermənistan Baş Prokurorluğunun xüsusilə vacib işlərin istintaqı üzrə nəzarət idarəsində dövlət xidmətində vəzifə tutan şəxslər tərəfindən cinayət törədilməsi faktı üzrə 147 cinayət işi başlanılıb və araşdırma aparılıb.
AzVision.az Ermənistan KİV-lərinə istinadən xəbər verir ki, bu dövr ərzində 47 vəzifəli şəxs barəsində korrupsiya xarakterli cinayətlərə görə həbs qətimkan tədbiri həyata keçirilib.

Həsb olunanların arasında polis (25 nəfər), ədliyyə və məhkəmə orqanlarının (13) vəzifəli şəxsləri üstünlük təşkil edir.

İlkin Nəcəfzadə
AzVision.az

Teqlər: Ermənistan   Korrupsiya