Nazarbayev İlham Əliyevi təbrik edib

Nazarbayev İlham Əliyevi təbrik edib
  10 Oktyabr 2013    Oxunub:1190
Oktyabrın 10-da Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
AzVision.az xəbər verir ki, Qazaxıstan Prezidenti dövlətimizin başçısını prezident seçkilərində qazandığı böyük qələbə münasibətilə təbrik etmiş, ölkəmizin gələcək inkişafı naminə Prezidentlik fəaliyyətində ona uğurlar arzulayıb.

Dövlətimizin başçısı göstərilən diqqətə və təbrikə görə Qazaxıstan Prezidentinə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan və Qazaxıstan arasında dostluq münasibətlərinin bütün sahələrdə bundan sonra da inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.


Teqlər:





Xəbər lenti