Avropa şirkətləri İranı tərk edəcək

  24 May 2018    Oxunub : 428
Avropa şirkətləri İranı tərk edəcək
Almaniya kansleri Angela Merkel ABŞ-ın sanksiyaları səbəbindən əksər Avropa şirkətlərinin İranı tərk edəcəyini proqnozlaşdırıb.
AzVision.az xəbər verir ki, bu barədə Merkel Çin Dövlət Şurasının sədri Li Ketsyanla görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib.

"Ehtimal ki, sanksiyalar bir sıra Avropa şirkətlərinin məcburən, ya da öz istəklərinə uyğun İranı tərk etmələrinə gətirib çıxaracaq", - deyə Merkel bildirib.

O, həmçinin vurğulayıb ki, Almaniya İranın nüvə proqramı üzrə Hərtərəfli müştərək fəaliyyət planına hörmət etməyə davam edəcək: "İranla olan nüvə sazişi ideal deyil, amma digər variantlar bundan daha qeyri-stabildir".

Qeyd edək ki, 8 may tarixində ABŞ birtərəfli qaydada İranın nüvə sazişindən çıxdığını və Tehrana qarşı maliyyə və enerji sanksiyalarını bərpa edəcəklərini bəyan edib. Sazişin digər iştirakçıları - Rusiya, Çin, Almaniya, Fransa və Böyük Britaniya Vaşinqtonun bu addımını pisləyərək, Tehranla mövcud anlaşmaya sadiq qalacaqlarını bildiriblər.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: sanksiya   Merkel   İran   Avropa   ABŞ