Pentaqon Suriyaya hücumu təkzib edib

  24 May 2018    Oxunub : 421
Pentaqon Suriyaya hücumu təkzib edib
Pentaqon ABŞ başda olmaqla, koalisiya qüvvələrinin Deyr-əz-Zorda Suriya ordusuna hücuma keçdiyi barədə yayılan məlumatları təkzib edib.
AzVision.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, mayor Edrian Renkayn-Qellouey bildirib.

"Bizdə bu deyilənlərin doğruluğunu təsdiqləyəcək informasiya yoxdur", - deyə Qellouey vurğulayıb.

Qeyd edək ki, Livanın "Hizbullah" hərəkatının mətbuat xidməti və Suriyanın SANA dövlət agentliyi bu gecə koalisiya qüvvələrinin Deyr-əz-Zorda, Suriya ordusunun Əl-Bukəmaləm və Hmeymim arasında yerləşən mövqelərinə hava zərbələri endirdiyi barədə məlumat yayıb.

Leyla Elbrusqızı
AzVision.az

Teqlər: ABŞ   Suriya