ABŞ Ukraynaya silah göndərmək üçün vasitəçi axtarır

ABŞ Ukraynaya silah göndərmək üçün vasitəçi axtarır
  24 May 2018    Oxunub:1278
ABŞ Müdafiə Nazirliyi (Penqaton) Ukraynaya birbaşa silah göndərilməsini daimi əsasda və tez həyata keçirə biləcək vasitəçi ölkə axtarışındadır.
AzVision.az xəbəbr verir ki, bu barədə "Defense One" Pentaqon rəhbərinin müavini Elen Lorda istinadən məlumat yayıb.

Onun sözlərinə görə, müttəfiq ölkələrə, xüsusən də, Səudiyyə Ərəbistanı, Cənubi Koreya, Yaponiya və Rumıniyaya silah göndərilməsi prosesini sürətləndirmək üçün ABŞ artıq xüsusi vasitəçilərdən istifadə edir. Həmin vasitəçilər müttəfiq ölkələrin silahla təchizatı prosesinə sərf olunan vaxtın bir neçə dəfə azalmasına imkan verir. İndi də Ukraynaya silah göndərilməsini sürətləndirmək üçün vasitəçilər axtarılır.

Adları çəkilməyən həmin vasitəçilərin köməyi ilə Rumıniyaya Patriot raketdən müdafiə kompleksləri, Yaponiyaya strateji kəşfiyyat pilotsuz uçuş aparatları "Global Hawk", Səudiyyə Ərəbistanına THAAD raket əleyhinə kompleksləri və digər ölkələrə müxtəlif silahlar göndərilir.

Qeyd edək ki, ötən il ABŞ prezidenti administrasiyası Ukraynaya bir sıra hərbi silahlar, o cümlədən tank əleyhinə daşına bilən raket komplekslərinin göndərilməsini təsdiqləyib. Artıq aprelin sonunda "Javelin" daşına bilən raket kompleksləri Ukraynaya çatıb. Bununla belə, Vaşinqton Kiyevə bildirib ki, həmin silah kompleksləri Donbasda istifadə oluna bilməz. 2018-ci il ABŞ dövlət büdcəsində isə Ukraynaya veriləcək 620,7 milyon dolların 200 milyonu hərbi-texniki yardıma ayrılıb.

Rəsmi Moskva Ukraynanın silahlandırlımasını pisləyərək, bunun Donbasdakı münaqişəni daha da alovlandıracağını bildirib.

Leyla Elbrusqızı
AzVision.az


Teqlər: ABŞ   Ukrayna   silah  



Xəbər lenti